Arxivin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 27 iyun 2013-cü il tarixində imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin əməkdaşı Emma Mixaylovna Filimonova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Arxivin direktoru Mais Bağırov qocaman əməkdaşın medal və vəsiqəsini təqdim edərək, onun fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, bu, E.M.Filimonovanın ikinci dövlət təltifidir. O, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2005-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

https://president.az/az/articles/view/8544

https://e-qanun.az/framework/11234